AZ

Nəriman Axundzadə ötürmə etdi, “Kolumbus Kryu” yarımfinala yüksəldi – Video


ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Kolumbus Kryu” “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, “Kolumbus Kryu”ya qələbəni gətirən qolun ötürməsini Azərbaycan millisinin üzvü Nəriman Axundzadə edib.
Belə ki o, 59-cu dəqiqədə sağ cinahdan topu Maks Arfstenə çatdırıb, futbolçu isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb.
Qeyd edək ki, “Kolumbus Kryu” yarımfinalda “Orlando Siti” ilə qarşılaşacaq.
Seçilən
46
yeniavaz.com

1Mənbələr