EN

Azərbaycan nefti ucuzlaşıb

“Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti 4,98 ABŞ dolları və ya 4,2% ucuzlaşaraq 112,32 ABŞ dolları təşkil edib.

Əvvəlki ticarət sessiyasında Azərbaycan nefti 117,3 ABŞ dollarından satılıb.

“Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Chosen
27
3
anews.az

10Sources