AZ

“Azeri Light” nefti ucuzlaşıb, qiymət 117 dollardan yuxarı qalıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,86 ABŞ dolları və ya 0,73% azalaraq 117,3 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 114,68 ABŞ dollarından satılıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 0,81 ABŞ dolları və ya 0,7% azalaraq 114,9 ABŞ dollarına düşüb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

“Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu markalı neft Azəri-Çıraq-Günəşli yataqları blokundan hasil edilir. Layihədə SOCARnin payı 31,65% təşkil edir.

Seçilən
5
12
anews.az

10Mənbələr