EN

Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır

Bu gün boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi start götürəcək. Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, yarışda 57 komandanın 159 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq. Döyüşlər saat 15:00-da başlayacaq. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq. Döyüşləri yeri ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan beynəlxalq dərəcəli referilər də idarə edəcək.  

Chosen
12
4
ikisahil.az

5Sources