AZ

Boks üzrə kadetlər arasında zona birinciliklərinin finalı

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Bu gün boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi start götürəcək. Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda 57 komandanın 159 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

Döyüşlər saat 15:00-da başlayacaq. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq. Döyüşləri yeri ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan beynəlxalq dərəcəli referilər də idarə edəcək.  

Qabil YUSİFOĞLU XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
4
xalqqazeti.az

5Mənbələr