EN

11 yaşlı qızı maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib.

Qadın sürücü idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü M.Zeynalovanı vurub. 11 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
4
metbuat.az

6Sources