Ajans.az xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Qadın sürücü idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü M.Zeynalovanı vurub. 11 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(unikal)