EN

Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə Beyləqan Daşburun avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə Füzuli rayon Qayıdış qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Quliyev Etibar Müstəcəb oğlu və onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Quliyeva Cəmalə Vaqif qızı və digər avtomobildə olan Beyləqan rayon sakinləri - sürücü 1998-ci il təvəllüdlü Əlifzadə Babək Adil oğlu, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Məmmədova Gülsarə İman qızı və 1972-ci il təvəllüdlü Zalov Əli Yaqub oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
1
4
bakivaxti.az

5Sources