ain.az bildirir, Milli.az portalına istinadən.
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Beyləqan Daşburun avtomobil yolunda olub.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə Füzuli rayon Qayıdış qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Quliyev Etibar Müstəcəb oğlu və onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Quliyeva Cəmalə Vaqif qızı və digər avtomobildə olan Beyləqan rayon sakinləri - sürücü 1998-ci il təvəllüdlü Əlifzadə Babək Adil oğlu, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Məmmədova Gülsarə İman qızı və 1972-ci il təvəllüdlü Zalov Əli Yaqub oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.