"Fakel"in heyətində Rusiya Premyer Liqasına vəsiqə qazanan Belajdi Pusi karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 28 yaşlı hücumçunun xidmətində maraqlı olan klublarımız var.
Belə ki, Premyer Liqadan 3 klub birdən alban futbolçu üçün hərəkətə keçib.
Qeyd edək ki, Pusinin “Fakel”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Belajdi “Vlajniya”, “Skenderbeu”, “Şamaxı”, "Turan Tovuz"da oynayıb.
Pusi bu mövsüm 34 matçda meydana çıxıb, 16 qol vurub və 4 məhsuldar pas verib.