AZ

Premyer Liqadan 3 klub albaniyalı hücumçunun xidmətində maraqlıdır

"Fakel"in heyətində Rusiya Premyer Liqasına vəsiqə qazanan Belajdi Pusi karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 28 yaşlı hücumçunun xidmətində maraqlı olan klublarımız var.

Belə ki, Premyer Liqadan 3 klub birdən alban futbolçu üçün hərəkətə keçib.

Qeyd edək ki, Pusinin “Fakel”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Belajdi “Vlajniya”, “Skenderbeu”, “Şamaxı”, "Turan Tovuz"da oynayıb.

Pusi bu mövsüm 34 matçda meydana çıxıb, 16 qol vurub və 4 məhsuldar pas verib.

Seçilən
135
sportinfo.az

1Mənbələr