Vətəninfo.az xəbər verir ki, iddialara görə, Leysan Məmmədov tərəfindən rəhbərlik edilənstrukturlarda qohumluq əlaqələrinin satınalma proseslərinə təsirgöstərdiyi barədə ciddi suallar mövcuddur. Bildirilir ki, onunəmisi nəvəsi olan Hüseynov Rafiq Cümşüd oğlu ilə əlaqəliolduğu deyilən AZ TECHNOCON GROUP MMC son illərdəardıcıl şəkildə iri həcmli dövlət sifarişləri əldə edib.
Məlumatlara əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi13.09.2024-cü ildən başlayaraq AZ TECHNOCON GROUP MMC ilə ümumilikdə 10 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi dəyərinin 8 milyon 595 min 505 manatolduğu bildirilir.
Bağlanmış müqavilələr sırasında aşağıdakı layihələr yer alır:
Rəqəmlər göstərir ki, qısa müddət ərzində eyni şirkətə bu qədərardıcıl sifarişlərin yönləndirilməsi təsadüfi görünmür vəsatınalma prosesinin şəffaflığı barədə əsaslı suallar yaradır.
Tənqidçilərin fikrincə, burada söhbət təkcə tender qazanmaqdanyox, qohumluq əlaqələri vasitəsilə dövlət vəsaitlərinin müəyyənçevrələr arasında bölüşdürülməsi modelindən gedir. Əgər buiddialar təsdiqlənərsə, həmin mexanizm dövlət satınalmalarınınşəffaflıq və rəqabət prinsiplərinə ciddi zərbə hesab oluna bilər.