RU

Leysan Məmmədovun qohumbazlıq mexanizmi: əmisinəvəsinə yönələn milyonluq tenderlər

Vətəninfo.az xəbər verir ki, iddialara görə, Leysan Məmmədov tərəfindən rəhbərlik edilənstrukturlarda qohumluq əlaqələrinin satınalma proseslərinə təsirgöstərdiyi barədə ciddi suallar mövcuddur. Bildirilir ki, onunəmisi nəvəsi olan Hüseynov Rafiq Cümşüd oğlu ilə əlaqəliolduğu deyilən AZ TECHNOCON GROUP MMC son illərdəardıcıl şəkildə iri həcmli dövlət sifarişləri əldə edib.

Məlumatlara əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi13.09.2024-cü ildən başlayaraq AZ TECHNOCON GROUP MMC ilə ümumilikdə 10 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi dəyərinin 8 milyon 595 min 505 manatolduğu bildirilir.

Bağlanmış müqavilələr sırasında aşağıdakı layihələr yer alır:

Suqovuşan qəsəbəsi ərazisində tikilən 5 ədəd yaşayışbinasının xarici rabitə şəbəkəsi üzrə tikinti-quraşdırmaişləri – 68.968 manat
Ağdam şəhəri Meşə Parkı layihəsi üzrə söküntü işləri – 190.743 manat
Füzuli şəhəri inzibati bina layihəsi üzrə söküntü və şaquliplanlaşdırma işləri – 339.500 manat
Ağdam şəhərində inzibati bina kompleksi və şəhər meydanılayihəsi üzrə söküntü işləri – 56.673 manat
Füzuli şəhərində yaşayış məhəllələri layihəsi üzrə söküntüişləri – 84.257 manat
Ağdam şəhəri 2 nömrəli yaşayış massivində qazanxanakompleksinin tikintisi – 1 milyon 35 min manat
Ağdam rayonu 4 nömrəli yaşayış massivində su-kanalizasiya, yol, səki və abadlıq işləri – 3 milyon 269 min manat
Füzuli şəhəri 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri – 137.605 manat
Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri üzrə– 412.693,83 manat
Xocavənd rayonu ərazisində təmir-bərpa işləri üzrə təxminən-3 milyon manat

Rəqəmlər göstərir ki, qısa müddət ərzində eyni şirkətə bu qədərardıcıl sifarişlərin yönləndirilməsi təsadüfi görünmür vəsatınalma prosesinin şəffaflığı barədə əsaslı suallar yaradır.

Tənqidçilərin fikrincə, burada söhbət təkcə tender qazanmaqdanyox, qohumluq əlaqələri vasitəsilə dövlət vəsaitlərinin müəyyənçevrələr arasında bölüşdürülməsi modelindən gedir. Əgər buiddialar təsdiqlənərsə, həmin mexanizm dövlət satınalmalarınınşəffaflıq və rəqabət prinsiplərinə ciddi zərbə hesab oluna bilər.

Избранный
45
1
veteninfo.az

1Источники