Qusar şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Qusar" yarımstansiyasının əvəzinə 35/10 kV-luq 2x10 MVA gücündə yeni yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinə 5 604 598 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərişıq” ASC, icraçı isə “Harmony İndustrial Construction and Engineering Group” MMC-dir. Şirkətin rəhbəri Əlövsət Bilal oğlu Orucovdur.
Tərəflər arasında müvafiq müqavilə bağlanıb.
Cabir
Tarix: 23 May 2026, 00:02