RU

Qusarda yeni yarımstansiya və idarəetmə mərkəzinin tikintisinə 5.6 milyon sərf olunacaq

Qusar şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Qusar" yarımstansiyasının əvəzinə 35/10 kV-luq 2x10 MVA gücündə yeni yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinə 5 604 598 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərişıq” ASC, icraçı isə “Harmony İndustrial Construction and Engineering Group” MMC-dir. Şirkətin rəhbəri Əlövsət Bilal oğlu Orucovdur.

 

Tərəflər arasında müvafiq müqavilə bağlanıb.

 

Cabir

Tarix: 23 May 2026, 00:02   
Избранный
67
pravda.az

1Источники