EN

Pakistanda qatarda partlayış - 24 ölü, 50 yaralı

Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlayıb, azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.

Agence France-Presse agentliyinin xəbərinə görə, hadisə bu gün Kvetta şəhərində baş verib.

Partlayıcı qurğu qatarın son dayanacağına təxminən 1 kilometr qalmış işə düşüb. Güclü partlayışdan sonra qatarın iki vaqonunun aşdığı və alovlandığı, ərazidən qalın qara tüstünün yüksəldiyi bildirilib. Hadisə yerinin yaxınlığında park edilmiş avtomobillərə də ziyan dəyib.

Bəlucistan hökumət rəsmisi Babar Yousafzai bildirib ki, hakimiyyət orqanları partlayışın səbəblərini araşdırır, lakin əlavə məlumat verməyib.

Chosen
24
10
aznews.az

10Sources