EN

Mahir Emreli Almaniyadan ayrılır – Polşa klubu ilə danışıq aparır 

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşaya qayıtmaq ehtimalı artıb.

İdmanxeber.az-ın məlumatına görə, hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən 28 yaşlı hücumçunun sabiq komandası “Legiya” ilə danışıqları intensivləşib.

Bildirilir ki, tərəflər arasında təmaslar davam edir və Mahir də bu keçidə müsbət yanaşır.

Forvard Polşa klubunda yenidən əsas heyət üzvünə çevrilərək əvvəlki formasını bərpa edəcəyinə inanır.

Chosen
40
idmanxeber.az

1Sources