EN

"Araz-Naxçıvan" Əfran İsmayılovla əməkdaşlığa son qoydu - RƏSMİ

"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla əməkdaşlığa son qoyub.

Fanat.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Rəhbərlik onun müraciətini müsbət cavablandırıb. İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.

Chosen
28
6
fanat.az

10Sources