AZ

Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrıldı

“Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.

 

Pravda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

 

Rəhbərlik Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb. Sabiq futbolçu son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.

Tarix: 25 May 2026, 12:57   
Seçilən
16
6
pravda.az

10Mənbələr