EN

Tərlan Əhmədli daha bir il “Araz-Naxçıvan”da – Rəsmi – ARENA.AZ

Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan” müqaviləsinin müddəti başa çatmış qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq. Tərəflər arasındakı yeni müqavilənin müddəti 1 illikdir.

Xatırladaq ki, Tərlan Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan” klubunun heyətində yer alır. 31 yaşlı qolkiper artıq geridə qalmış 2025/2026-cı illər mövsümündə 11 oyuna çıxıb, 20 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. Tərlanın “Araz-Naxçıvan” karyerası bütövlükdə 15 oyun, 26 buraxılmış qol və 3 “quru” matçdan ibarətdir.

Əhmədli daha öncə “Turan Tovuz”, “Qəələ”, “Sabah”, “Sumqayıt”, “Xəzər” (Bakı) kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
15
5
arena.az

10Sources