AZ

“Qəbələ” – “Mingəçevir” oyunu Tural Qurbanova tapşırıldı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında vəsiqə uğrunda “Qəbələ” ilə “Mingəçevir” arasında keçiriləcək pley-off oyununun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Prinsipial qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək. Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.

Xatırladaq ki, sözügedən oyun mayın 28-də “Sumqayıt Arena”da keçiriləcək. Oyuna saat 18:30-da start veriləcək.

Premyer Liqa uğrunda pley-off matçı
28 may

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 18:30.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
6
arena.az

10Mənbələr