Okan Burukun “Qalatasaray”dakı uğurlu mövsümü Avropa klublarının diqqətini çəkib. Metbuat.az xəbər verir ki, “Latsio” türk mütəxəssisi baş məşqçi postuna əsas namizədlərdən biri hesab edir. İtaliya klubunun rəhbərliyinin Okan Burukun oyun üslubunu uzun müddətdir izlədiyi bildirilir. Məlumata görə, Mauritsio Sarrinin komandadan ayrılması halında “Latsio”nun ilk seçimlərindən biri məhz Okan Buruk olacaq. Təcrübəli çalışdırıcının adı təkcə İtaliya ilə hallanmır. Daha əvvəl “Tottenhem”in də ona təklif göndərdiyi iddia olunub. Lakin Okan Burukun bu variantı qəbul etmədiyi qeyd edilir. Bundan başqa, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun da türk məşqçi ilə maraqlandığı və ona yüksək maaşlı müqavilə hazırladığı bildirilir.