AZ

​Okan Buruk türk futboluna damğa vurdu

İstanbulun "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk türk futbolunun tarixinə düşüb. 53 yaşlı mütəxəssis bu uğura dünən gecə imza atıb. Metbuat.az xəbər verir ki, Burukun yetirmələri dünən axşam doğma meydanda "Antalyaspor"u məğlub edərək, ard-arda dördüncü dəfə çempion olmağı bacarıblar. Beləcə, Okan Buruk bir dəfə "Başakşehirspor"da, dörd dəfə "Qalatasaray"da olmaqla baş məşqçi kimi beşinci dəfə çempionluq sevinci yaşayıb. Qeyd edək ki, təcrübəli mütəxəssis uzun illər "Qalatasaray"in formasını geyinib. O, İstanbul klubunun heyətində 8 dəfə Türkiyə çempionu olub.

Okan Burukun arxivində həm də Çempionlar Liqasinın medalı var.

Seçilən
18
5
metbuat.az

6Mənbələr