2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə birbaşa vəsiqə qazanmış 29 komandanın hamısı bəlli olub.
Arena.az xəbər verir ki, bu, İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünün sonuncu – 38-ci turunun oyunlarından sonra dəqiqləşib.
Son olaraq “Roma” və “Komo” komandaları ÇL-in Liqa mərhələsində iştirak hüququ əldə ediblər.
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmış 29 klubun siyahısında aşağıdakı komandalar yer alıblar:
İspaniya: “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Betis”;
İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”;
Almaniya: “Bayern”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Ştutqart”;
İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”;
Fransa: PSJ, “Lans”, “Lill”;
Portuqaliya: “Sportinq”, “Portu”;
Niderland: PSV, “Feyenoord”;
Türkiyə: “Qalatasaray”;
Ukrayna: “Şaxtyor” (Donetsk);
Çexiya: “Slaviya” (Praqa);
Belçika: “Brügge”.
Xatırladaq ki, ÇL-in 2026/2027-ci illər mövsümündə son 7 vəsiqənin sahibi avqustun sonunda təsnifat mərhələsinin oyunlarından sonra bəlli olacaq.
