EN

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

Bakı, 26 may, AZƏRTAC

Çilidə 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 143 min insanın yaşadığı Kalama şəhərindən 16 kilometr şərqdə, ocağı isə 120 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Chosen
100
5
azertag.az

9Sources