AZ

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

Çilinin mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri ölkənin mərkəzi hissəsində yerləşən, təxminən 22 min nəfər əhalisi olan Lebu şəhərindən 34 kilometr cənub-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 23 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Seçilən
67
50
olke.az

10Mənbələr