Çilinin mərkəzində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri təxminən 22.000 əhalisi olan Lebu şəhərindən 34 km cənub-qərbdə, episentri 23 km dərinlikdə yerləşib.
Hazırda itki və ya dağıntı barədə məlumat yoxdur.