Karib dənizinin şərqində, Antigua və Barbuda sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri 1,5 mindən az insanın yaşadığı Kodrinqton şəhərindən təxminən 70 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 30 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunmayıb.