AZ

Yaponiyada 6,7 bal gücündə zəlzələ baş verdi

Yaponiyada

Yaponiyanın şimal-şərqində yerləşən Ofunato şəhəri yaxınlığında 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Ofunato şəhərinin 8 kilometr cənub-şərqində yerləşib. Yeraltı təkanlar 62,9 kilometr dərinlikdə baş verib.

Hadisədən sonra insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib. Həmçinin, bölgə üçün sunami xəbərdarlığı elan olunmayıb.

Seçilən
18
50
1news.az

10Mənbələr