EN

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb.

Qaziler.az bu barədə "report.az"a istinadla xəbər verir. 

Qeyd edək ki, mayın25-də Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və mayın 26-da isə saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

Chosen
38
35
qaziler.az

10Sources