AZ

Bakıdan çıxan qatar Gürcüstanın paytaxtına çatdı - YENİLƏNİB - FOTO

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb.

Day.Az xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

xxx

Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.

Day.Az xəbər verir ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.

Bu marşrut üzrə İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək.

Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.

Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı-Tbilisi-Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
  • Bakıdan
Seçilən
41
29
day.az

10Mənbələr