EN

Əfran İsmayılov “Şəfa”nın vitse-prezidenti təyin edildi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov “Şəfa” klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bunlar qeyd edilib: “Əfranın əldə etdiyi zəngin futbol təcrübəsi və idarəçilik bacarığının klubun inkişafına mühüm töhfə verəcəyinə inanırıq. İsmayılovu yeni təyinat münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar və nailiyyətlər arzulayırıq”.

Xatırladaq ki, Əfran İsmayılov son olaraq “Araz-Naxçıvan”da köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb. Premyer Liqa təmsilçisi Əfranın ayrılığını ötən gün rəsmən açıqlamışdı.

“Şəfa” geridə qalmış mövsümü Azərbaycan Birinci Liqasında keçirib və 27 oyuna topladığı 57 xalla çempion olaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
22
9
arena.az

10Sources