EN

“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək

Bakı, 26 may, AZƏRTAC

“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək.

Bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.

O bildirib ki, klubun üç yaş qrupu üzrə komandası Avropa arenasında mübarizə aparacaq.

“Əvvəlcə U-13 komandası iyunun 5-dən 8-dək İtaliyada keçiriləcək turnirdə iştirak edəcək. Daha sonra həmin komanda iyunun 13-dən 18-dək Bolqarıstanda təşkil olunacaq turnirdə çıxış edəcək. İyunun 18-dən 22-dək isə U-11 komandası Polşada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq”, - deyə Nail Kərimov vurğulayıb.

Müxbir - Cavid Əliyev

Chosen
16
1
azertag.az

2Sources