AZ

“Qarabağ” FK nın aşağı yaş qrupları beynəlxalq turnirlərə qatılacaq

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Qarabağ” futbol klubunun aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimovun sözlərinə görə, klubun üç yaş qrupu üzrə komandası Avropa arenasında mübarizə aparacaq.

“Əvvəlcə U-13 komandası iyunun 5-dən 8-dək İtaliyada keçiriləcək turnirdə iştirak edəcək. Daha sonra həmin komanda iyunun 13-dən 18-dək Bolqarıstanda təşkil olunacaq turnirdə çıxış edəcək. İyunun 18-dən 22-dək isə U-11 komandası Polşada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq”, - deyə Nail Kərimov AZƏRTAC-a bildirib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr