EN

U-21 millimizin açıq məşqi və brifinqi olacaq – ARENA.AZ

Mayın 28-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) açıq məşqi və baş məşqçinin iştirakı ilə brifinq təşkil olunacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Milli Komandaların Təlim Məşq Mərkəzində saat 11:15-də U-21-in məşqinin son 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Saat 11:30-da isə brifinq baş tutacaq.

Qeyd edək ki, gənclərdən ibarət millimiz mayın 28-dən 30-na qədər Bakıda, mayın 31-dən iyunun 10-na qədər isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Komandamız Türkiyədəki hazırlıq çərçivəsində iki yoxlama oyunu da keçirəcək. Belə ki, komandamız iyunun 6-da Bəhreyn yığması ilə qarşılaşacaq. İyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə sınaq matçı baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
12
4
arena.az

10Sources