EN

Salih Özcan “Borussiya”dan ayrıldı – Rəsmi – ARENA.AZ

Futbol üzrə Türkiyə milli komandasının dayaq yarımmüdafiəçisi Salih Özcan Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, Almaniya klubu türkiyəli yarımmüdafiəçi ilə müddəti başa çatmış müqaviləni yeniləməyib. Klub Salihə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Salih Özcan 2022-ci ilin iyul ayından “Borussiya”nın uğurları üçün çalışırdı. 28 yaşlı yarımmüdafiəçi Dortmund klubunun heyətində 96 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyanın “Köln” klubunun yetirməsi olan Salih karyerası ərzində “Holştayn Kil” və “Volfsburq” komandalarının da formasını geyinib.

Almaniyada dünyaya gəldiyi üçün bu ölkənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış Özcan 2022-ci ildə Türkiyənin əsas millisində forma geyinməyə qərar verib. Yarımmüdafiəçi Türkiyə millisinin heyətində 28 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
6
8
arena.az

10Sources