EN

Azərbaycan "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"na qoşulub

Azərbaycan mayın 26-da "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın ratifikasiya prosesini başa çatdırıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir.

"Azərbaycan Konvensiyaya qoşulan 16-cı ölkə olub. Sənəd 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək", - məlumatda qeyd olunub.

Avropa Şurasının baş katibinin müavini Byorn Berqe ölkəmizi və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılovu Konvensiyanın ratifikasiyası münasibətilə təbrik edib.

Chosen
16
4
aznews.az

5Sources