Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ağdam, 27 may, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin nəzarəti ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. 4 iri və130 xırdabuynuzlu heyvan rayonun İmamqulubəyli kəndi ərazisindəki kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilib və 3 minə yaxın qurban payı şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
Qurban bayramı münasibətilə rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.
Müxbir – Tahir Ağaməmmədov



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.