AZ

Ağdamda Qurban Bayramı qeyd olundu - FOTOLAR

27 may 2026-cıl il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin nəzarəti ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. 4 iri və 130 xırdabuynuzlu heyvan rayonun İmamqulubəyli kəndi ərazisindəki kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilib və 3 minə yaxın qurban payı şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilib.

"Unikal" xəbər verir ki, rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Seçilən
2
2
unikal.az

3Mənbələr