Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.
"Unikal" xəbər verir ki, həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.