Hacıqabulda oğurluq etməkdə təqsirli bilinən iki nəfər həbs edilib.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıb.
Həmin şəxslər M. Abdullayevin qohumuna məxsus evdən 25 000 manat və 10 000 ABŞ dolları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, M. Abdullayev və S. Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.