EN

Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi - Xəstəxanalıq oldular

Ağdaşda manqal qalayıb, kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar.

Nəticədə benzin qısa partlayış verərək 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis  qızının və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlunun müxtəlif dərəcəli yanıq xəsatətləri almasına səbəb olub. Hər iki şəxs xəstəxanalya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
20
19
unikal.az

10Sources