Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
Doğru.az xəbər verir ki, hadisə rayon mərkəzində – Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar.
Nəticədə benzin partlayışa səbəb olub. Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Unikal.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.