EN

Bu ərazidə müvəqqəti alternativ yol salınır

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Dominos pizza

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.


Telegram kanalımız
Chosen
23
12
yenisabah.az

10Sources