Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.
Bu barədə Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
Bizim.Media