Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də mübarizə aparacaq.
Xatırladaq ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib
Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal
Bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar