Bakıda təşkil olunacaq aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar.
Xatırladaq ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.