EN

"Latsio" baş məşqçisini göndərdi

style='margin-bottom:10px;'>

İtaliyanın "Latsio" klubu komandanın baş məşqçisi Mauritsio Sarri və onun məşqçilər korpusu ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub mütəxəssisə və onun həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, daha öncə Sarrinin "Atalanta" klubunu çalışdıracağı ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, "Latsio" 54 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Chosen
32
2
teleqraf.com

3Sources