EN

Məxfi sənədlər ortaya çıxdı: ABŞ o ağır cinayətlərin araşdırılmasını dərhal dayandırdı

ABŞ-da Donald Tramp administrasiyasının Mayamidəki federal prokurorlara olduqca gizli və sensasiyalı bir tapşırıq verdiyi barədə məlumatlar dünya mətbuatına sızıb.

Musavat.com xəbər verir ki, Ağ Ev rəsmiləri prokurorlardan Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı aparılan cinayət araşdırmalarını təcili olaraq dayandırmağı tələb ediblər. Nüfuzlu "Associated Press" (AP) agentliyinin ABŞ hüquq-mühafizə orqanlarının hazırkı və keçmiş əməkdaşlarına istinadən yaydığı məlumata görə, Vaşinqtonun bu gözlənilməz addımı Nikolaus Maduronun devrilməsindən sonra Venesueladakı daxili vəziyyəti sabitləşdirmək və ölkənin yeni rəhbərliyi ilə sıx əməkdaşlıq qurmaq cəhdləri ilə birbaşa bağlıdır.

Mənbələr iddia edir ki, amerikalı müstəntiqlərə faktiki olaraq Rodrigesin adının keçdiyi bütün cinayət işlərində "sürəti azaltmaq" və prosesi dondurmaq barədə qəti göstəriş verilib. Baxmayaraq ki, ABŞ Ədliyyə Nazirliyi rəsmi olaraq "bağlanası hər hansı bir araşdırmanın mövcud olmadığını" bəyan edib, Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) məxfi sənədləri tamamilə fərqli həqiqətləri ortaya qoyur.

Ortaya çıxan sənədlər sübut edir ki, Delsi Rodriges 2018-ci ildən bəri çirkli pulların yuyulması, qanunsuz qızıl qaçaqmalçılığı və narkotik ticarəti kimi çox ağır cinayətlərdə şübhəli bilinərək Amerika xüsusi xidmət orqanlarının birbaşa hədəfində olub.

Musavat.com

Chosen
7
50
musavat.com

10Sources