AZ

Təl-Əvivdə təcili müharibə şurası: Netanyahu ABŞ-İran gizli sazişinə qarşı hərəkətə keçdi

Ağ Ev ilə Tehran arasında Yaxın Şərqdəki hərbi gərginliyi müvəqqəti donduracaq və sanksiyaları yumşaldacaq cəmi bir səhifəlik sülh memorandumunun detallarının sızması, ABŞ-ın regiondakı ən yaxın müttəfiqi olan İsraildə böyük panika və qəzəb dalğasına səbəb olub. Vaşinqtonun birtərəfli qaydada İrana qarşı neft embarqosunu qaldırmağa hazırlaşması Təl-Əviv rəhbərliyini ən kəskin addımları müzakirə etməyə vadar edib.

Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu mayın 24-ü axşam saatlarında ABŞ və İran arasında imzalanması gözlənilən şok sülh sazişini müzakirə etmək üçün təhlükəsizlik kabinetinin məhdud tərkibdə fövqəladə və gizli iclasını çağırıb. İsrailin nüfuzlu "The Times of Israel" qəzeti görüş iştirakçılarından birinin rəsmi köməkçisinə istinadən yaydığı son dəqiqə məlumatında bildirir ki, toplantı xüsusi qapalı formatda və olduqca məxfi şəraitdə keçiriləcək.

Mənbənin verdiyi məlumata görə, iclasda yalnız İsrailin milli təhlükəsizlik, müdafiə və xarici siyasət strategiyalarına cavabdeh olan ən yüksək rütbəli nazirlər və kəşfiyyat rəhbərləri iştirak edəcəklər. Təcili toplantının rəsmi gündəliyinə Vaşinqton-Tehran razılaşmasının Yaxın Şərqdəki regional sabitliyə vura biləcəyi ağır zərbələr, həmçinin bu sənədin İsrailin milli maraqlarına və təhlükəsizliyinə yaradacağı birbaşa təhdidlərin qiymətləndirilməsi daxil edilib. Yəhudi dövlətinin hərbi-siyasi elitası ABŞ-ın İrana nəfəslik verməsini böyük strateji səhv hesab edir və İsrail ordusunun bu razılaşmadan asılı olmayaraq İrana qarşı müstəqil hərbi ssenarilərini işə sala biləcəyi iddia olunur.

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr